Yaxın Şərqdə "Əl Cəzirə" zəlzələsi

Yaxın Şərqdə "Əl Cəzirə" zəlzələsi

Fələstinin dövlət başçısı Mahmud Abbas "Əl Cəzirə" kanalının iddialarına münasibət bildirib. SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, Mahmud Abbas televiziyanın yayımladığı sənədlərin məqsədli olaraq qarışdırıldığını bildirib və İsrailin müzakirələrdəki mövqeyinin Fələstinin mövqeyi kimi əks etdirildiyini deyib.

"Kimsədən gizlin işimiz yoxdur" deyən Abbas İsrailə güzəştə getmədiklərini bildirib.

İsrailin keçmiş baş naziri Ehud Olmertin sözçüsü isə sənədlərin doğru olduğunu deyib. Sözçü 2008-ci ildə Fələstin hökuməti ilə Qüds məsələsində anlaşmağa çox yaxınlaşdıqlarını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə