Kərbəlada zəvvarlara hücum edilib

Kərbəlada zəvvarlara hücum edilib
İraq rəsmiləri deyir ki, şiələrin müqəddəs Kərbəla şəhəri ətrafında baş vermiş iki bomba partlayışı nəticəsində 12 nəfər həlak olub. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, zəvvarların illik dini mərasiminə toplaşanlara qarşı həyata keçirilən növbəti hücumlar zamanı onlarla insanın yaralandığı bildirilir. Rəsmilər deyir ki, bugünkü partlayışlar şəhərin şərq hissəsindəki avtobus terminalında baş verib. Yüz minlərlə zəvvar Kərbəlaya dini mərasimə toplaşmışdı. Bu, VII əsrdə şəhid olmuş İmam Hüseynin 40-ı ilə əlaqədar mərasimlərdən biri kimi qeyd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə