"Domodedovo" aeroportunda baş vermiş terror aktı ilə əlaqədar Rusiya Prezidenti Dmitri Medvedev Davosa səfərini ləğv edib. SİA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Təcili çağırılmış müşavirədə D.Medvedev partlayış zamanı həlak olanların və zərər çəkənlərin doğmalarına və qohumlarına başsağlığı vermiş, ölkənin bütün aeroportlarında və nəqliyyat infrastrukturu obyektlərinə xüsusi rejim tətbiq edilməsi barədə sərəncam verib.
Rəsmi məlumata görə, Rusiyanın ən iri beynəlxalq aeroportu olan Domodedovoda terror aktı nəticəsində azı 31 nəfər həlak olmuş və təqribən 130 nəfər yaralanıb. Bunlar RF Səhiyyə və Sosial İnkişaf Nazirliyinin ilkin məlumatlarıdır. Yaralananlardan 20 nəfəri ağır vəziyyətdədir və onlar Moskva ətrafında "Domodedovo" yaxınlığında yerləşən xəstəxanalara çatdırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB