Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası başlayıb. SİA-nın xəbərinə görə, Türkiyəli deputat Mövlud Çavuşoğlu bir illik müddətə yenidən AŞ PA prezidenti seçilib.
Sessiyada həmçinin AŞ PA nəzdində Dağlıq Qarabağ üzrə alt komitənin yenidən bərpa edilməsi qərarlaşdırılıb. Komitə AŞ PA-nın Dağlıq Qarabağla bağlı qərarlarının yerinə yetirilib-yetirilmədiyini izləyəcək.
Qeyd edək ki, Türkiyə prezidenti Abdulla Gül də sessiyada iştirak etmək üçün Strasburqa gedib. Abdulla Gül sessiyada çıxış edəcək
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB