İlham Əliyev Dmitri Medvedevə başsağlığı verib

İlham Əliyev Dmitri Medvedevə başsağlığı verib
Prezident İlham Əliyev Rusiya Federasiyasının dövlət başçısı Dmitri Medvedevə "Domodedovo" hava limanında baş verən partlayışla əlaqədar başsağlığı verib. SİA-nın xəbərinə görə, prezidentin məktubunda deyilir: "Hörmətli Dmitri Anatolyeviç! "Domodedovo" aeroportunda törədilmiş terror aktı nəticəsində çoxlu insan tələfatı haqqında xəbər məni dərindən sarsıdıb. Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə