Liviyada davam edən böhran NATO hərbi blokunun birbaşa müdaxiləsi nəticəsində davam etməkdədir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O deyib ki, NATO-nun hərbi blokuna daxil olan ölkələrin beynəlxalq hüquqa zidd olaraq Liviyaya müdaxilə etməsi nəticəsində bu ölkəyə xaos davam edir: “ Məhz bunun nəticəsində də region qeyri-sabitlik mənbəyinə, terror ocağına çevrilib”.
Bununla yanaşı XİN başçısı söyləyib ki, Moskva Birləşmiş Millətlər Təşkilatının Baş katibinin xüsusi nümayəndəsi Hasan Salaminin ədalətli və azad ümumi seçkilər və konstitusiya islahatları vasitəsilə Liviyadakı vəziyyəti normallaşdırmaq üçün hazırladığı yol xəritəsini həyata keçirmək üçün səylərini dəstəkləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB