"YAP GB cəmiyyətin ən aparıcı qüvvəsinə çevrilib" ÖZƏL-MÜNASİBƏT

"YAP GB cəmiyyətin ən aparıcı qüvvəsinə çevrilib" ÖZƏL-MÜNASİBƏT

"Artıq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hesabat-seçki konfranslarına start verilib. Bu Partiya rəhbərliyinin təqdim etdiyi qrafika əsasən həyata keçirilir. Biz artıq paytaxtın Sabunçu, Xəzər, Pirallahı, Abşeron rayonunda bu seçkiləri keçirmişik". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, gələn həftə bu məsələlərə regionlarda start verilib: "Qrafika uyğun olaraq YAP-ın İdarə Heyətinin üzvlərinin, millət vəkillərinin, veteranların iştirakı ilə bu konfranslar həyata keçirilir. Biz çalışırıq ki, ən layiqli və ən düzgün namizəd seçilsin. Çünki YAP GB bu günləri gənclər təşkilatları arasında cəmiyyətin ən aparıcı qüvvəsinə çevrilib. Bizim artıq üzvlərimizin kəmiyyət və keyfiyyəti də tam başqa cürdür. Düşünürük ki, yeni seçiləcək heyət Azərbaycan gəncliyinin, YAP GB-nın inkişafı üçün əlindən gələni edəcəklər və daha yaxşı nəticələrlə, daha müasir innovativ layihələri həyata keçirməklə Azərbaycan gəncliyinə, dövlətinə, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirmiş olduğu siyasətə tam xidmət edəcəklər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə