Təhmasib Novruzov: “Müxalifətin xarici maliyyəsi kəsilib” RƏY-ÖZƏL
“Bunların növbəti dəfə birləşmək ideyası ortaya atılanda demişdim ki, onların birləşməsi mümkün deyil”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, başlıca səbəb də, heç bir proqrama, inkişafa meylli hansısa plana malik olmayan, şəxsi ambisiyasını hər şeydən üstün tutan adamların bir araya gəlməsi mümkün deyil və bizim özünü müxalifət adlandıran qaragüruh da bu baxımdan biabırçı durumdadır: “Odur ki, onların birləşmək arzusu həmişə olduğu kimi yenə arzu olaraq qalmalı idi və qaldı da. Xüsusilə, ölkədə bu ilin əvvəlindən başlanan sosial islahatlar, ölkə başçısının atdığı dünyada analoqu olmayan cəsarətli addımlar bütün xalqın bu iqtidara olan sevgisini daha da artırıb. Bunun müqabilində xalq hansı siyasi qüvvənin dalınca getməli olduğunu bir daha qətiləşdirdi. Yəni hər tərəfdən əli boşda qalan həmin qüvvələr indi başlayıblar bir-birlərini didməyə ki, bu da gözlənilən idi. Sualınızın ikinci hissəsinə gəldikdə isə, deyə bilərəm ki, birləşməyən bir qrupun yenidən parçalanmasından danışmağa dəyməz. Bunları xaricdən və bəzi vurulmuş keçmiş məmurlardan gələn pullar bir araya yığmışdı. Ölkə başçısının atdığı addımlardan sonra, bu müxalifətin nəyəsə nail olacağına inamlarını tamamilə itirdilər və maliyyələrini kəsdilər. Pul ətrafında birləşib, pul bölənlər indi nəyi böləcəklər? Odur ki, hesab edirəm parçalanma artıq baş verib”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB