Aprel döyüşləri şanlı tariximizdir

Aprel döyüşləri şanlı tariximizdir

Ağcabədi rayonu ərazisində şanlı aprel döyüşlərinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Növbəti tədbir YAP Ağcabədi rayon təşkilatının, QMƏVŞAİB Ağcabədi rayon filialı və "N" saylı hərbi hissənin birgə təşkilatçılığı ilə 2016-cı il aprel döyüşlərində Azərbaycan Ordusunun Lələtəpə yüksəkliyinin alınmasında şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə Füzuli rayonunun Horadiz qəsəbəsində ucaldılmış abidə ziyarət olunub. Qazi və veteranlar, "N" saylı hərbi hissənin əsgər və zabitləri şəhidlərin xatirəsini ehtiramla yad edərək, abidə önünə qərənfillər düzüblər.

Sonra tədbir iştrakçıları Cocuq Mərcanlı kəndinə gedərək, torpaqlarımızın müdafiəsində dayanan "N" saylı hərbi hissənin əsgər və zabitləri ilə görüş keçiriblər.
Əsgərlər qarşısında çıxış edən YAP Ağcabədi rayon təşkilatının nümayəndəsi, Qarabağ muharibəsi veteranı Mehman Novruzov Ağcabədi ictimaiyyətinin əsgərlərə salamını çatdıraraq, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ordusunun bu gün regionun ən güclü ordusu olduğunu, Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğısından dnışmışdır.
Görüşdə QMƏVŞAİB Ağcabədi filialının sədri, Qarabağ qazisi İsmayıl Məhərrəmov görüşdə çıxış edərək, gənc əsgərlərə xidmətlərində uğurlar və torpaqlarımızın azad edilməsi uğrunda yeni qələbələr arzulayıb.
Sonda qonaqlar tərəfindən gətirilmiş Azərbaycanın üçrəngli bayrağı hərbi hissəyə təqdim edilmiş, həmin bayrağın işğaldan azad olunacaq yeni ərazilərimizdə tezliklə dalğalandırmağını arzu ediblər.

APREL DÖYÜŞLƏRİNDƏ QƏHRƏMANCASINA HƏLAK OLMUŞ DİLSUZ QARAYEVİN XATİRƏSİ ANILIB

Daha bir tədbir aprel döyüşlərində erməni təcavüzkarlarına qarşı döyüşdə qəhrəmancasına həlak olmuş Hindarx qəsəbə sakini Dilsuz Qarayevin xatirəsini yad etmək üçün Ağcabədi rayon icra hakimiyyətinin, YAP Ağcabədi rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin, QMƏVŞAİB Ağcabədi rayon şöbəsi veteranlarının, "N" saylı hərbi hissənin bir qrup şəxsi heyətinin və Hindarx qəsəbə sakinlərinin iştirakı ilə şəhid Dilsuz Qarayevin məzarı önündə keçirilib. Mərasim şəhidin ruhuna dua oxunması ilə başlanıb.
Tədbiri YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açaraq, aprel döyüşlərinin Ermənistan ordusunun məğlubedilməsizliyi barədə fikri alt-üst etdiyini, Azərbaycan Dövləti və Xalqının torpaq itkisi ilə barışmayacağını və ərazi bütövlüyünü bərpa edəcəyini, Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş problem olmadığını və Ali Baş Komandan İlham Əliyevin həm siyasi müstəvidə, həm də güclü ordu quruculuğu istiqamətində gördüyü mühüm işlər sayəsində itirilmiş torpaqlarımızın qaytarılmasına qadir olduğunu bildirib: "Həmin döyüşlərdə Hindarx qəsəbə sakini Dilsuz Qarayevin qəhrəmancasına şəhid olub. Düz 3 il əvvəl, aprelin 4-də Ağcabədi rayonunun 10 mindən çox sakininin iştirakı ilə biz qəhrəman Dilsuz Qarayevi son mənzilə yola saldıq. Biz Dilsuzu cismən itirsək də, o, bizim qəlbimizdə bir şəhid, bir qəhrəman kimi daim yaşayacaqdır".
Tədbirdə Ağcabədi rayon icra hakimiyyəti başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Qasımov, QMƏVŞAİB Ağcabədi rayon şöbəsinin sədri İsmayıl Məhərrəmov, "N" saylı hərbi hissənin tabor komandirinin müavini Zaur Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin rəisi Ruslan İsmayılov, "N" saylı hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini Eldəniz Daşdəmirov şəhid Dilsuz Qarayevin ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəldiyini və onun əziz xatirəsinin heç vaxt unutmayacağı barədə öz fikirlərini bölüşüb.
Şəhid Dilsuz Qarayevin anası Cəvahir Hacıyeva çıxış edərək, vətən uğrunda şəhid olmuş oğlu Dilsuz Qarayevi unutmadıqları və onun xatirəsini daim əziz tutduqları üçün öz minnətdarlığını bildirib.
Tədbirdə Dilsuz Qarayevin vaxtilə təhsil aldığı Qaraş Əliyev adına Hindarx qəsəbə 3 saylı ümumi orta məktəbin və Xanoğlan Həsənov adına Hindarx qəsəbə 2 saylı ümumi orta məktəbin şağırdlərinin ifasında şəhidlər və vətən haqqında şeirlər ifa edilib.
Tədbir iştirakçıları, həmçinin, Hindarx qəsəbəsindəki Şəhidlər Xiyabanına gələrək, torpaqlarımızın azadlığı uğrunda mübarizədə şəhid olmuş Hindarx şəhidlərinin abidələrini ziyarət edərək, abidə önünə tər çiçək dəstələri düzüblər.
ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə