Əvəz Zeynallı, gəl, “SƏS” qəzetindən üzr istə! CAVAB HAQQI

Əvəz Zeynallı, gəl, “SƏS” qəzetindən üzr istə! CAVAB HAQQI

“Yeni Müsavat”ın canlı yayımında “Xural”ın baş redaktoru Əvəz Zeynallının həmkarım, jurnalist İlham Əliyevlə debatını sona qədər izlədim. İzlədim və bir sıra nəticələr çıxararaq, bu nəticələrimi uğrunda canımı fəda etməyə hazır olduğum “SƏS” qəzeti vasitəsi ilə qələmə almaq qərarına gəldim. 20 ildən artıqdır ki, bu qəzetdə Ulu Öndər Heydər Əliyev ideologiyasına və bu ideologiyanın inkişafı, tərəqqisi üçün fəaliyyət göstərirəm, tarixi mətbu orqandakı tribunamı qoruyub-saxlayıram, bununla da fəxr edirəm!

O cümlədən, Heydər Əliyev ideologiyanı davam etdirən Prezident İlham Əliyev cənablarının yürütdüyü siyasəti dəstəkləyirəm və bundan sonsuz qürur duyuram. Bu, ilk növbədə mənim özəl fikrimdir və siyasi baxış nəzərimdir. Siyasi ona görə ki, mən özümü Ə.Zeynallıdan fərqli olaraq, siyasi mövqeyi olan jurnalist kimi təqdim edirəm, yəni onun kimi gizlətməyə cəhd göstərmirəm. Hətta bu qəzetə yeni-yeni ayaq açarkən, artıq siyasi mövqeyimi müəyyənləşdirən gənc kimi “SƏS”in mübarizlik, əqidə prinsiplərini özümə lokomotiv olaraq seçdim, bu qəzetdə yaşlarımı, illərimi saydım. Mənim kimi bu qəzetdə yüzlərlə vətənsevər, namuslu insanlar halal maaşı ilə çalışıb, hətta əqidəsindən dönməyərək, bu qəzetin ən çətin dövrlərində belə burada külüng vurublar!

Tarix-tarix olaraq qalır, yaşayır və yaşadılır!

Ona görə ki, məhz “SƏS” qəzeti vasitəsi ilə parçalanan Azərbaycan, məhv olan xalq reallığının qarşısı əzmlə, qətiyyətlə, iradə ilə alındı. Məncə, həmin tarixi hadisələr barədə Ə.Zeynallıya hər hansı bir xatırlatmanı etməyə gərək yoxdur. Bəlkə də o, daxilindəki avantüraçılıq, qisasçılıq hisslərinə dərindən qapılaraq, gerçək tarixi qəbul etməyə, yaxud hadisələri necə deyərlər jurnalist bicliyi ilə istədiyi səmtdə tərəf yoza bilər, amma tarix-tarix olaraq qalır, yaşayır və yaşadılır. Bu tarixi hansı səmtə hərləsən də, fırlasan da, su axıb-öz çuxurunu tapır...

Fəqət bu əsnada, sözügedən debatda Ə.Zeynallının ironik tərzdə dədə ocağı adlandırdığım “SƏS”in guya “Azərbaycan mətbuatına söyüşü gətirən qəzet” kimi təsvir etməsi məni nəticə olaraq bu xitabı yazmağa vadar etdi. Əslində isə, heç də sənin düşündüyün deyil, Ə.Zeynallı...

Nəyə görə müxalifətçilik mövqeyini danıb, onu müstəqil jurnalist mövqeyi ilə malalayırsan axı, bax bu başadüşülən deyil, Əvəz Zeynallı...

Sadəcə, “SƏS” qəzeti radikal iqtidaryönlü qəzet olaraq, sərt, hətta daha kəskin tənqidlərlə çıxış edir və əgər sən, o, başqası həmin kəskin tənqidləri “təhqir” kimi qəbul edirsinizsə, bu heç də bizim problem deyil, bu problem sizlərin kəskin tənqidləri “təhqir” kimi qəbul etməyinizdədir və ən əsası, nə qədər inkar etsən belə, sənin cəhd etsən belə, gizlədə bilmədiyin müxalifətçilik mövqeyindir. Nəyə görə müxalifətçilik mövqeyini danıb, onu müstəqil jurnalist mövqeyi ilə malalayırsan axı, bax bu başadüşülən deyil, Ə.Zeynallı...

Axı fakt budur ki, sən həmin debatda bir neçə dəfə təkrar edirsən ki, “tərəfsiz”, “siyasi mövqeyi olmayan” jurnalistsən və s. Yaxşı, onda sənin bazar ertəsi Əli Kərimlinin, çərşənbə axşamı Arif Hacılının, çərşənbə günü İsgəndər Həmidovun, cümə axşamı Əli İnsanovun, cümə günü İlqar Məmmədovun, şənbə günü isə Mehman Əliyevin yanında nə işin var? Deyəcəksən ki, jurnalistəm və “Qazan qaynadıram”. Bəs onda “Qaynar qazanınla” birgə niyə məhz qaragüruhçuların yanındasan, niyə müxalif mövqeli şəxslərlə oturub-durub, sonra da deyirsən ki, “müstəqiləm”, “siyasi mövqeyim yoxdur-filan”?! Bunlar da öz yerində...

Əgər mən bu gün durub-desəm ki, söyüşü Azərbaycan mediasına AXCP-nin “Azadlıq” və uzun illər Müsavatın ruporu olmuş “Yeni Müsavat” qəzetləri gətirib...

Əgər mən bu gün durub-desəm ki, söyüşü Azərbaycan mediasına AXCP-nin “Azadlıq” və uzun illər Müsavatın ruporu olmuş “Yeni Müsavat” qəzetləri gətirib, bunu inkar etmək üçün hansı faktları gətirə bilərsən Ə.Zeynallı?! 16-17 il bundan öncə (hələ o vaxtın “Hürriyyət”, “Bizim Yol”, “Müxalifət” və s. müxalifətyönlü qəzetlərini demirəm - R.N.) dövlət və hakimiyyət nümayəndələrinə qarşı izafi, iyrənc, heç bir mənəviyyata sığmayan təhqirləri məhz həmin qəzetlər yazmırdılarmı?! Əcəba, bu məsələləri niyə etiraf etmirsən Ə.Zeynallı?! Nə əcəb əlində bircə “SƏS” qəzeti “bitib”?! Ona görə ki, həmin dövlərdə bizlərə qarşı yazılan təhqirlərə kəskin cavablara görəmi?! Yoxsa elə sanırsan ki, onlar təhqir edəcəkdilər, hakimiyyətin mövqeyini müdafiə edən jurnalistlər susacağıydılar?!

Sən – Əvəz Zeynallı özünü aydan arı, sudan duru kimi təqdim edirsənsə, dələduz və qrantyeyənlərin yanlarında nə gəzirsən?!

Niyə debatdakı çıxışında xatırlatmadın ki, bu gün özünün də təmsil olunduğun müxalifət cameəsi siyasətlə deyil, qisasçılıq hissi ilə yaşayırlar – istər bir-birlərinə, istərsə də iqtidara qarşı?! 2003-cü ilin 15-16 oktyabr hadisələrində “SƏS” qəzetinin redaksiyasına hücum planı təşkil edənlər bunu 1992-ci ildə də etməmişdilərmi?! Nə oldu, bu gün demokratik mətbuatı “qeyri-demokratik mətbuat” adlandıranlar elə həmin məxluqlar deyillərmi, özünün də təmsil olunduğun “Media Klubu”nun bəzi başbilənləri, elə Mehman Əliyevi götürək, dələduz deyilmi Ə.Zeynallı?! Axı nəinki bizdə, eləcə də digər mətbu orqanlarda M.Əliyevin Sorosun Bakı bürösuna rəhbərliyini sübut edən (!) faktlar, onun qrantyeyənliyini isbatlayan dəlillər mövcuddur. Sən – Ə.Zeynallı özünü aydan arı, sudan duru kimi təqdim edirsənsə, dələduz və qrantyeyənlərin yanlarında nə gəzirsən?! Məqsədin bəllidir – xarici havadarların bilavasitə sifarişləri əsasında yaradılmış, “Media Klubu”ndakı jurnalistika” adı altında gizlənmiş siyasi dəllallardan nə isə ummaq üçün. Daha dövlət, xalq, millət maraqları nəyinizə lazımdır ki?! Bir həqiqəti dedin ki, ianələr əsasında fəaliyyət göstərirsən. Amma onu yalan söylədin ki,

Və...

Və daha bir sualım var. Əgər ölkədə media azad olmasa idi, bu gün “Qaynar qazan”ın fəaliyyət göstərə bilərdimi, ölkədə yüzlərlə müxalifətyönlü və iqtidaryönlü sayt və portallar oxucularına informasiya çatdırardılarmı...?!

Reketçilik “Xural”ın səhifələrinə yazılıb

Bu sualların sayını kifayət qədər çoxalda bilərəm, hətta sonsuza qədər suallar yağdıra bilərəm. Amma 100 % əminəm ki, məhz sən – Ə.Zeynallı olaraq, onların hər birinə yuxarıda da qeyd elədiyim kimi, jurnalist bicliyi ilə özünə sərf edən tərəfə yozub-cavab verəcəksən. Məsələn, iddia edirsən ki, heç vaxt, heç kimdən fəaliyyətin müqabilində pul-filan almamısan? Bəs almağın, satmağın, reketçiliyin barədə faktları ortaya çıxarsaq necə? Debatda KİVDF-nin gündəlik, günaşırı, yaxud həftəlik qəzetlərin 3 kateqoriyaya ayrılaraq maddi vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı qərarı barədə bir kəlmə də olsun danışmadın. Əksinə, “media bərbad gündədir” deyib, özünü bu sahənin ən “məzlumu” kimi göstərməyə çalışdın. Niyə? Daha çox ianələr əldə edərək, jurnalistika adına ləkələr yaxmaq üçünmü? Bir vaxtlar “Xural”ın səsi məktəblərdən, uşaq bağçalarından, digər müəssisələrdən gəlirdi və elə gəlirdi ki, olmayan kimi. Bundan təəccüblənmirəm zatən. Ona görə ki, reketçilik “Xural”ın səhifələrinə yazılıb. Əgər Mətbuat Şurasından “dad” edirsənsə, onu da bilməlisən ki, od olmasa, tüstü çıxmaz Ə.Zeynallı! Yaxud, soğan yeməmisənsə, için niyə göynəyir?

“SƏS” qəzetinin dəfələrlə qonağı olmusansa, sonradan məqsəd və məramını dəyişmisənsə, indi də redaksiyasında olduğun bir tarixi qəzetə qarayaxmalar atırsansa...

Deyirsən ki, iqtidaryönlü media müxalifət “liderlərini” dəvət edib, onların hər hansı bir fikirlərini öyrənmir və s. Nəyi öyrənməliyik, yoxsa ki, onların yalan, şər və böhtanlarınımı tirajlamalıyıq? Axı kifayət qədər bəllidir ki, bu gün Qərbdə “siyasi mühacirlər” adı altında ən rəzil davranışlar sərgiləyib, söyüş söyənlər də məhz sənin tərəfini saxladığın Əli Kərimlinin, Arif Hacılının və sairlərin əlaltılarıdırlar. Onlar da birbaşa bağlanıblar bəlli anti-Azərbaycan qüvvələrə. Bu da azmış kimi, Əli Kərimlidən üzr üstənilməli olduğunu deyirsən (?!). Əsla mümkün olmayan bir ucuz təfəkkür məhsuludur bu iddian Ə.Zeynallı! Və əgər sən – Ə.Zeynallı olaraq özünün də etiraf etdiyin kimi, “SƏS” qəzetinin dəfələrlə qonağı olmusansa, sonradan məqsəd və məramını dəyişmisənsə, indi də redaksiyasında olduğun bir tarixi qəzetə qarayaxmalar atırsansa, əsl üzr istəməli elə özünsən, ona görə də, gəl “SƏS” qəzetinə çamur atdığına görə, üzr istə, biz bağışlamağı sevirik...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə