YAP Pirallahı rayon təşkilatı gənclər birliyinin III konfransı keçirilib FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı gənclər birliyinin III konfransı keçirilib. YAP Pirallahı rayon təşkilatı gənclər birliyinin hesabat dövrü ərzində fəaliyyəti ilə bağlı video-çarx nümayiş etdirilib. Konfrans iştirakçılarını salamlayan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, gənclik bir millətin yaşaması və inkişafı üçün təməl daşıdır: "Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir".
H.Şikarov Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında, məhz dövlətçiliyə bağlılıq, milli mənafenin qorunması kimi müqəddəs amallar dayandığını söyləyib: "YAP Ulu Öndər Heydər Əliyev ideyalarının daşıyıcısı, müasir Azərbaycan gəncliyinin güvənc yeridir. Azərbaycan gəncliyinin mütləq əksəriyyəti Ulu Öndər ideyaları ətrafında sıx birləşərək sadiqlik nümayiş etdirir. Gənclərimiz hər zaman Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, Onun həyata keçirdiyi siyasəti dəstəkləyirlər".
Konfransın gündəliyi oxunduqdan sonra səsvermə yolu ilə təsdiq olundu. Gündəlikdə duran birinci məsələ YAP Pirallahı rayon təşkilatı gənclər birliyinin hesabat dövrü ərzində məruzəsinin dinlənilməsi oldu. Hesabat konfrans nümayəndələri tərəfindən qənaətbəxş hesab olundu. Sonra YAP Pirallahı rayon təşkilatı gənclər birliyinin şura üzvlərinin, yeni sədr və sədr müavinləri seçildi. Pirallahı rayon icra hakimiyyətinin əməkdaşı Əhmədov Rüfət Elmar oğlu sədr, Həşimov Elturan Rauf oğlu və Qəribli Aysel Akif qızı səsvermə yolu ilə sədr müavinləri seçildilər.
Tədbirdə iştirak edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov YAP Pirallahı rayon təşkilatı gənclər birliyinin yeni seçilmiş sədr, sədr müavinləri və şura üzvlərini təbrik edərək, qeyd etdi ki, ölkəmizdə gənclərimizə göstərilən dəstək və diqqət onların öz güclərinə və istedadlarına inam hissini artirib. Bu gün Azərbaycan gəncliyi istər daxili, istər xarici siyasət aparmağı bacarir və ölkə başçısının yaratdığı şəraitdən faydalanırlar.
Tədbirdə çıxış edən millət vəkili Tahir Mirkişili respublikamızda gedən quruculuq işlərində gənclərin fəaliyyətindən, iqtisadiyyatımızın inkişafına verdilkəri töhfədən, ölkə başçısının yürütdüyü xarici və daxili siyasəti istər respublika, istərsə də xaricdə layiqincə təbliğ etdiklərini vurğuladı.
Pirallahı rayon icra hakimiyyəti başçısının müavini Anara Hacıbəyli yeni seçilən YAP Pirallahı rayon təşkilatı gənclər birliyinin sədri, sədr müavinlərini və şura üzvlərini təbrik edərək, rayonun ictimai-siyasi həyatında YAP Pirallahı rayon təşkilatı gənclər birliyinin xüsusi rolu olduğunu qeyd etdi.
Konfrans partiyanın ictimai-siyasi həyatında fəallıq göstərdiklərinə görə bir qrup YAP Pirallahı rayon təşkilatı gənclər birliyinin üzvlərinin Fəxri Fərmanlarla təltif olunması və partiya sıralarına yeni qəbul edilmiş gənclərə partiyaya üzük vəsiqəsinin təqdim olunması ilə yekunlaşdı.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB