Siyavuş Novruzov: "Təəccüb doğurmur, çünki Əli Kərimlinin ipi erməni lobbisinin əlindədir"
"Adımı sənə qoydum, səni də yana-yana" bax, buna deyərlər e! Əsas məsələyə keçməmiş, hamımızın hələ sovet dövründə mağaza müdirlərinə "zavmaq" deyirdilər. Bu, o vaxtlar idi ki, bir iş görmək istədikdə, az qala Kremlə belə ərizə yazmalıydın. Məhəlləmizdə də "zavmaq"lar çox idi. Onların da çoxu erməniydi. Hər cürə şəraitləri var idi, istədiklərini də edirdilər. Onlardan biri hər dəfə həyətə girəndə, "Mersedes"inin siqnalının səsi ətrafı bürüyürdü. Qonum-qonşu nə qədər bu adamdan sahə müvəkkilinə şikayət edirdisə, xeyri olmurdu. Rüşvətini verib, kefini çəkirdi erməni köpəyinin balası. Sonradan bəlli oldu ki, bu erməni köpək balası rüşvət hesabına işini həll edirmiş. Qarabağ məsələsi ortaya düşəndə, bu erməni köpək balası şələ-şüləsini yığışdırıb, köçüb Yerevana...
Sözümün canı odur ki, ömrü boyu erməni köpəyoğlu kimi bu gün də xarici ağalarına nökərçilik edən AXCP sədri Ə.Kərimli aprel ayının əvvəllərində Qarabağda başlayan və uğurlu əməliyyatlarla nəticələnən qısamüddətli savaşı elə həmin bu erməni köpək balalarının istədiyi tərzdəcə qaralamağa cəhd etdi. Görəndə ki, paxırının üstü açılır, özü elədiyi qələtləri hakimiyyətin üstünə atmağa başladı.
Ağrı dağı boyda daş düşsün Əli Kərimlinin başına
Belə alçaq, xəyanətkar və mənəviyyatsız Ə.Kərimliyə nə deyim?! Hələ də bu günə kimi, Ə.Kərimlinin xaricə "istehsal" etdiyi "siyasi mühacirləri"nə tapşırıq verərək dövlətimizə, xalqımıza qarşı böhtanlar deməsi və müharibə çağırışları etməsi deyilənləri təsdiqləmir ki? Bu, o Ə.Kərimlidir ki, həyatı boyu erməni bicliyi ilə erməni həyasızlığı və işverənlik edib. İndi bu gün başlayıb ki, "sosial şəbəkələr də iddia edir ki, dünyada, o cümlədən, Avropada böhran yoxdur,dünyada heç bir böhran hökm sürmür" deməyə. Fikirləşir ki, aprelin 6-na təyin etdikləri mitpinqdə (ürəyində qalsın-R.) bunu desələr, bəlkə nəyəsə nail ola bilərələr. Ay bədbəxtlər, nə qədər xəyallarla yaşayacaqsınız?
"Əli Kərimli 5-3 nəfər qaçaq-qulduru başına yığıb mitinq keçirməklə, növbəti biabırçılıq nümayiş etdirmək istəyir"
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifətin nəsə deməyə əsasının olmadığını bildirib: "Xüsusilə, AXCP sədri Ə.Kərimlidən nə gözləmək olar? Ə.Kərimlinin fikirləri erməni lobbisinin, Azərbaycanı istəməyən dövlətlərin, ölkəmizə qarşı təzyiq göstərməyə çalışan beynəlxalq qurumların fikirləri ilə üst-üstə düşür. Yəni bunlar eyni mənbədən istiqamətləndirilir. AXCP-dən istefa verən şəxslər də bildiriblər ki, Ə.Kərimli Azərbaycan xalqının maraqlarının deyil, başqa-başqa dövlətlərin, qurumların, xüsusilə, erməni lobbisinin maraqlarını həyata keçirməklə məşğuldur. O baxımdan, ölkədə görülən işlərə kölgə salmaq, mənfi fikir söyləmək, çox primitiv şəkildə, saxta rəqəmlərlə insanları çaşdırmaq, bilavasitə həmin təxribatçı qrupların planının tərkib hissəsidir". S.Novruzov onu bildirib ki, Ə.Kərimli sübut etməyə çalışır ki, dünyada iqtisadi böhran yoxdur: "Hazırda bütün Şərqi Avropa, eləcə də, Avropanın digər hissəsinə aid olan ölkələr böhran içərisindədir. Elə təkcə Yunanıstanı götürək ki, hansı vəziyyətdədir. Ə.Kərimlinin Böyük Britaniya banklarında milyonlarla pulunun olması sübut olunub. Övladları ən bahalı universitetlərdə oxuyub, xaricdə bahalı evləri, mülkləri var. Bunları hansı vəsait hesabına əldə edib: satqınçılıq, erməniyə nökərçilik etməklə. Ə.Kərimli 5-3 nəfər qaçaq-qulduru başına yığıb nbvbəti biabırçılıq etmək istəyir. Çünki cəmiyyət onları qəbul etmir. Ona görə də, onlar tarixin arxivinə, özü də qara arxivinə birdəfəlik gedəcəklər. Çünki o, erməni lobbisinə xidmət edən, onlardan qrant alan bəzi insanlarla əlbir olub. Leyla Yunus kimi casusları canfəşanlıqla müdafiə etməsi də buradan qaynaqlanır".
Göründüyü kimi, belə olan halda, onların birləşmələri, formalaşmaları absurddur, hətta özləri də buna inanmırlar.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB