İlqar Orucov: “Müxalifətin hərəkətləri cəmiyyətdə ürək bulandırır ” RƏY-ÖZƏL

İlqar Orucov: “Müxalifətin hərəkətləri cəmiyyətdə ürək bulandırır ” RƏY-ÖZƏL

“Azərbaycanda özünü müxalifət adlandıran toplumun təşkil etdiyi toplantılarda və ya onların qatıldıqları debatlarda hər zaman bu kimi xoşagəlməz hallar müşahidə olunub”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. Onun sözlərinə görə, hətta, bunların təmsil etdikləri 2 illik uğursuz hakimiyyətləri dövründə də söyüş, təhqir leksikonlarında həmişə istifadə olunubdur: “İsgəndər Həmidov general rütbəsi daşıyan, ölkənin daxili işlər nazirliyinə rəhbərlik edən şəxs olub, lakin bu adam hər zaman mədəniyyət, etika çatışmamazlığı sindromundan əziyyət çəkib. Onu bir cümlə ilə xarakterizə etmək kifayətdir: İsgəndər Həmidov general rütbəsi daşısa da heç zaman sıravi milisioner düşüncəsindən, səviyyəsindən yuxarı qalxa bilmədi. Fikirləşirəm bu ifadə onun boyuna mükəmməlliklə biçilmişdir, onun təmsil olunduğu hakimiyyətin nüfuzsuzluğunun, məğlubiyyətinin və iflasının başlıca səbəbi də məhz onun kimi adamların həmin hakimiyyətin ən yuxarı eşalonunda təmsil olunmaları idi. Xalqa əxlaq dərsi keçmək iddiasında bu adam ahıl yaşında yenə də öz ampulasındadır və gördüyü işlər də hər zaman ki kimi mənasız fəaliyyətdən başqa bir şey deyildir. Maraqlıdır ki, bu kimi adamların çevrəsində böyüyən, onlardan “dərs” alan gənclər də təxminən eyni səviyyədə olan adamlardır. Bu gənclərin konkret nümunələrindən olan Tural Abbaslı ilə təxminən 12 il öncə Gənclər və İdman naziri Azad Rəhimovun gənclər təşkilatlarının görüşündə qarşılaşmışam. Bu cavan oğlanın danışıq tərzi, özünü aparmağı, yekəxana hərəkətləri görüşdə iştirak edən hər kəs kimi məndə də təəssüf hissi doğurdu. İndi üstündən illər keçsə də Tural Abbaslı dəyişməyib, hesab edirəm öz üzərində çalışmayan, özünü “görə” bilməyənlər kimi dəyişə də bilməzdi. Başına 3-5 nəfər yığaraq özünə partiya yaradaraq güya müxalifət təşkilatı kimi özünü təqdim etmək istəyir. Mən inanmıram ki, Azərbaycan insanı bu kimi düşüncə sahiblərini nə vaxtısa qəbul edəcək. Həm İsgəndər Həmidov, həm Tural Abbaslı və onun kimilər hər danışdıqca özlərini təkrar-təkrar biabır edirlər, onların hərəkətləri də cəmiyyətdə ürək bulandırır. Görün hakimiyyətə gəlmək və bu dövləti idarə etmək iddiasında olan bu adamlar nə səviyyədədirlər?! Argumentlərinin nə elmi, nə də hüquqi əsaları olmayan bu çayxana səviyyəsində adamların siyasi iddiaları təbii ki, boyunlarından yüksəkdə dayanır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə