Müşfiq Ələsgərli: “Müxalifətin bir-birini dinləmək qabliyyəti yoxdur” RƏY-ÖZƏL

Müşfiq Ələsgərli: “Müxalifətin bir-birini dinləmək qabliyyəti yoxdur” RƏY-ÖZƏL

“Bunlara bənzər davranışlarını yəni bir-birinə əl-qol qaldırılmasını adi müzakirə aparmaq qabliyyətlərinin və bacarıqlarının olmaması və s. çılğın davranışları və hərəkətləri bir tədbirdə baş vermiş hadisə deyil”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, əgər biz müxalifətin 26 il illik fəaliyyət dövrünə baxsaq görərik ki, bunlar bu müddətdə elə belə olublar: “Yəni dəyişməz ampluadadırlar. Bu illər ərzində 30 yaxın birlik forması yaradıblar və bütün o birliklərin hamısı acınacaqlı şəkildə parçalanıb. Ona görə ki, bir-biri ilə dil tapa bilməyiblər, daimi dava-dalaşda olublar, bir-birlərini dinləmək qabliyyətləri, bacarıqları olmayıb və nəticədə də iflasa uğrayıblar. Yəni onların bu bir xarakterləridir. Bunlar bir il hakimiyyətdə olublar və bir illik hakimiyyətləri dövründə də belə davranıblar və nəticədə də o bir illik hakimiyyətləri də iflasa uğrayıb. Bu baxımdan baş verən hadisənin mahiyyəti belədir, belə davranırlar və belə də davam edib gedəcəklər”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə