Əli Orucov: “Baş verən bu insidenti heç də müxalifətə uğur gətirməz ” RƏY-ÖZƏL
““Azərbaycan Xalq Hərakatı”nin son toplantısında T.Abbaslı-İ.Həmidov qarşıdurmasının baş verməsi gözləniləndir”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib. Onun sözlərinə görə, çünki, belə qarşıdurmalar hər dəfə olub və bu gündə eyni proseslər davam etməkdədir: “Əslində baş verən bu insidenti heç də müxalifətə uğur gətirməz, əksinə daha böyük sarsıdıcı zərbə olacaq. Müxalifət daxilində də rəqabət, fikir, ideya çəkişməsi ola bilər, lakin bütün bunlar etik qaydalardan kənara çıxmamalıdır. Hər halda bu hadisəni “AXH” daxili hadisə hesab edirəm. Düşünürəm ki, özlərinə də xoş gəlmədi. Belə halların təkrarlanmasını isə arzu etməzdim. Yaxşı olardı ki, bir belə hallar təkrarlanmasın”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB