"Azərbaycançılıq, dövlətçilik-dövlətçiliyə sədaqət ideyalarının təbliği""

"Azərbaycançılıq, dövlətçilik-dövlətçiliyə sədaqət ideyalarının təbliği""

YAP Qobustan rayon təşkilatında geniş şura iclası keçirilib

Yeni Azərbaycan Partiyasınının Qobustan rayon təşkilatının şura iclası keçirilib. Şura iclasında "Azərbaycançılıq, dövlətçilik dövlətçiliyə sədaqət ideyalarının təbliği" sahəsində görülən işlər və qarşıda duran vəzifələr" mövzusunda YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev çıxış edərək, qeyd edib ki, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub-saxlamaq və möhkəmləndirmək dövlətçiliyin əsas atributlarındandır: "Azərbaycançılıq və dövlətçilik ideyalarının təbliği bu gün Prezident İlham Əliyevin xarici və daxili siyasətində başlıca yer tutur. Dövlətimizin başçısı xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə xüsusi diqqət ayırır, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında soydaşlarımızı daha fəal olmağa çağırır və bu istiqamətdə məqsədyönlü işlər aparır".

Şura iclasında rayon təşkilatının şura üzvlərindən Əlibəy Abdiləzizov, Mahir Soltanov, Mehman Əhmədov, YAP fəallarından Vüsalə Məmmədova, Əlisa Hacıyev, Telman Mustafayev və digərləri çıxış edərək, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Azərbaycanda daha aktiv fazaya daxil olub: "Cənab Prezidentin siyasətinin təməlində vətəndaşın dayandığı göstərilir. Azərbaycan vətəndaşı əmindir ki, ən ağır durumunda belə dövləti və Prezidenti onun arxasındadır. Təbii ki, bu da ölkəmizdə yaradılan dövlət-xalq birliyinin təcəssümüdür. Cənab Prezidentimiz hər zaman vurğulayır ki, Azərbaycan sosial dövlətdir. Bunun anlamı isə, ilk növbədə, vətəndaşlarımızın sosial problemlərinin təmin edilməsini özündə ehtiva edir. Bu gün aparılan islahatlar, atılan addımlar və qəbul edilən dövlət proqramları da bu dediklərimizin əyani sübutudur".

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə