Mogerini: "Hazırki şərait DQ münaqişəsinin həllinə ümidlər verir"
“Avropa İttifaqı hesab edir ki, Bakı ilə İrəvan arasında əlaqələrin inkişafı Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin əldə edilməsinə bir qədər ümid verir”. SİA-nın xəbərinə görə, bunu bu gün Brüsseldə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federiko Mogerini bildirib.
“Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşü müsbət oldu. Yanvar ayında Paris müqaviləsi ilə birlikdə, yüksək səviyyəli təmasların artırılması, atəşkəs pozuntularının əhəmiyyətli dərəcədə azaldılması birbaşa prosesin irəliləməsinə, hər iki ölkənin öhdəliklərə əməl etməsinə və danışıqlara şərtsiz daxil olacağına ümid verir”, - deyə Mogerini söyləyib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB