Göygöldə Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi keçirilib

Göygöldə Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi keçirilib

Gənclər və idman naziri Azad Rəhimov Göygöl rayonunda inşa ediləcək Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Azad Rəhimov tədbirdə çıxışı zamanı qeyd edib ki, rayonda inşa ediləcək kompleks bölgə idmanının inkişafında mühüm rol oynayacaq.

Nazir bu gün yeni, perspektivli idmançıların yetişməsi üçün bütün imkanların yaradıldığını qeyd edib.

Rəsmi çıxışlardan sonra kompleksin təməli atılıb.

Göygöldə inşasına başlanılan kompleks sayca ölkədə 39-cudur. Bunlardan 28-i artıq istifadəyə verilib, 11 kompleksin isə tikintisi davam edir. 6 ha ərazini əhatə edən kompleks dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşir. Burada 1000 nəfərlik universal idman zalı, inzibati otaqlar, hovuz, stadion, 50 nəfərlik mehmanxana binası, kottec, 100 nəfərlik kafe, güləş, boks və şahmat klubunun fəaliyyəti nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə