Zaxarova Vyana görüşündən danışdı

Zaxarova Vyana görüşündən danışdı

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan Prezideti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşü dəyərləndirib. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, diplomat görüşün pozitiv əhvalda keçməsini alqışlayıb.

“Danışıqlardakı konstuktiv yanaşmanı alqışlayırıq. Avstriya paytaxtında əldə olunmuş razılıqların həyata keçməsi üçün səylərimizi davam etdirəcəyik”- deyə Zaxarova bildirib.

Zaxarova Moskvanın Qarabağ danışıqlarında önəmli rol oynadığını xatırladaraq münaqişənin həllini xarici siyasətlərinin əsas prioritetlərindən biri sayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə