“Ümumiyyətlə, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, şöhrətini özünə qaytardı”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloqun sözlərinə görə, bu döyüşlər Azərbaycan xalqına böyük ümid verdi: “Bununla belə Azərbaycan xalqı və ordusu mənəvi cəhətdən özünü bərpa etdi. Bundan başqa biz Ermənistan ordusunun indiyədək dağılmaz, sarsılmaz saydığı müdafiə xətti sistemini darmadağın etdik. Təbii ki, döyüşlər zamanı Lələ Təpə yüksəkliklərini düşməndən azad etdik. Yəni bu tip məsələlərdə qələbənin böyük və kiçiyi olmur. Qələbənin yalnız mənası, məğzi və mahiyyəti olur. Mən Azərbaycan üçün belə qələbələri çox arzulayıram”.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB