"Ümumiyyətlə Aprel döyüşlərinə qədər Azərbaycan və Ermənistan tərəfindən bəyanatlar səsləndirildi və heç bir irəliləyiş yox idi. Beynəlxalq ictimaiyyət, əhali və s. digər qurumlar da belə hesab edirdilər ki, dondurulmuş vəziyyətdə uzun müddət proseslər davam edəcək". Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.
Politoloqun sözlərinə görə, ölkəmiz Avropa Şurası qarşısında öhdəlik götürüb: "Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə sadiqliyini həmişə nümayiş etdirib. Amma biz bilirik ki, öndə ermənidir, arxasında isə Rusiya prezidenti dayanıb. Bu baxımdan biz bütün məsələləri ağıllı-kamallı, götür-qoy etməklə hərəkət edirik. Aprel döyüşləri ərəfəsi Azərbaycan bütün vəziyyəti (həm xarici gücləri, həm də Ermənistanın müttəfiqqlərinin atacağı addımları) nəzərə aldı. Bir sözlə Azərbaycan öz gücünü göstərdi. Təbii ki, bu da Rusiyanın hesabına qış yuxusuna getmiş Ermənistanı birdən-birə ayıltdı. Ermənistan elə hesab edirdi ki, Azərbaycan tərəfi hücuma keçərsə, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) imza atmış ölkələrin hamısı ona dəstək verəcək. Amma hər şey bunun əksinə oldu. Bilirsiniz ki, Aprel döyüşlərində Azərbaycanın qələbəsindən sonra İrəvandakı iclasa nə Qazaxıstan, nə də Belarusiya getmədi. Rusiya sonradan bəyanat verdi ki, bizim müqavilə Qarabağa aid deyil, Ermənistan ərazisinə aiddir. Bu Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində qazandığı ən böyük uğurdur. Yəni torpaqların müəyyən hissəsinin geri alınması ilə yanaşı, ən böyük uğur beynəlxalq aləmdə Azərbaycanın gücünü nümayiş etdirdi. Beynəlxalq aləm həm də gördü ki, Azərbaycan haqlı tərəf kimi yalnız öz torpaqlarını azad etmək uğrunda mübarizə aparır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB