Oliqarxlara sərt əks-hücum barədə son xəbərdarlıq

Oliqarxlara sərt əks-hücum barədə son xəbərdarlıq

Ermənistan hökumətinin bugünkü iclasında Baş nazir Nikol Paşinyan qaz yanacaqdoldurma məntəqələrində qiymətlərin qaldırıldığı barədə məlumatlara toxunub. SİA Ermənistana məxsus aysor.am saytının məlumatına istinadən xəbər verir ki, baş nazir bu məlumatların doğruluğunu müəyyənləşdirmək məqsədi ilə Marketinq Nəzarəti Təşkilatının rəhbəri Armen Kotolyanı dəvət edib.

Nikol Paşinyan qeyd edib ki, hökumətin fəaliyyətinin nəticəsi olaraq qazın qiymətinin dəyişməsi barədə manipulyasiya məqsədi güdən məlumatlar yayılır. Onun sözlərinə görə, qanun hələ parlamentdə ilk oxunuşda da müzakirə olunmayıb.
"Bəzi insanlar manipulyasiya etməyə çalışırlar və dövlət qurumlarının reaksiyası buna sərt olmalıdır. Əgər bəzi keçmiş oliqarxlar bu vəziyyətdə manipulyasiya ilə məşğul olmağı düşünürlərsə, səhv edirlər. Onları son dəfə xəbərdar etmək istəyirəm ki, yaxşı davranışı zəiflik kimi başa düşənlər çox ciddi bir əks-hücumla qarşılaşacaq" –deyə Paşinyan bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə