“Azərbaycan müxalifəti Suriyada proseslər yeni-yeni başlayanda mütəmadi çıxışlar edirdilər ki, 5 milyondan artıq adam demokratiya uğrunda mübarizə başlayıblar. Onlar bunu fərəhli şəkildə danışırdılar. Bəs indi niyə onlar bu məsələdən danışmırlar? Suriyada hanı o demokratiya? Bu mənada xaricdən ölkəmizə qarşı olan təhdidlərin də arxasında ölkəmizdən istifadə etmək dayanır. Məsələ ondadır ki, Azərbaycan gücü çatan qədər bu beynəlxalq qlobal təsirləri müəyyən qədər neytrallaşdırır və müstəqil siyasət yeridə bilir. Təbii ki, bu müstəqil siyasət kiminsə xoşuna gəlmir". Bunu SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.
Partiya sədrinin sözlərinə görə, bu gün Azərbaycanda sabitlik pozulsa, hansı demokratiyadan danışmaq olar: "Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev deyir ki, “Nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır”. Açığını deyək ki, amma bizlər cürət edib o sözləri deyə bilmirik. Bu mənada hesab edirəm ki, radikal müxalifət lideri də konsepsiya ortaya qoymalıdır. Bunların dedikləri yalnız Məşədi İbad filmindəki kimi “aç qapını, gərək səni öldürək” deyiminə bənzəyir. Müxalifət deyir ki, “sən çıx otur, mən sənin yerinə hakimiyyətə gəlim”. Axı kim sənə könüllü hakimiyyət verər? Bunları ağıllı düşünmək lazımdır. Sən hakimiyyətə gəldiyin təqdirdə, bəs sənin kadr üçün potensialın, proqramın var? Ax biz bütün bu məsələlərdən keçmişik. Onlar parlamentdən, hansısa dövlət orqanından yıxılan kimi dönüb radikal müxalifət olurlar. Bunların hər birini xalq görür. Hər kəsin keçmişi ayağında girovdur. Xalq hər şeyi çox gözəl bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB