"Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev Moskvaya səfər edib rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Bu Tokayevin prezident vəzifəsində ilk xarici səfəri idi". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Kasım-Jomart Tokayev prezident andiçməsinin ilk günü Putinə zəng edib, görüşmək istədiyini deyib: "Qazaxıstanın yeni prezidentinin başqa çarəsi yoxdur. Kasım-Jomart Tokayev Nursultan Nazarbayevin xarici siyasətini, Rusiya ilə strateji tərəfdaşlığı davam etdirmək məcburiyyətindədir. Ukrayna örnəyi Qazaxıstanı qorxudub. Putin Nazarbayevə ağsaqqal kimi yanaşırdı. Başqa cür ola da bilməzdi. Nazarbayev həm yaşına, həm də siyasi təcrübəsinə görə Putini üstələyərdi. Kasım-Jomart Tokayevlə elə olmayacaq. Putin ona yuxarıdan aşağı baxacaq. Məsələn, Putin Kasım-Jomart Tokayevə ərkyanə şəkildə deyib ki, Rusiya Qazaxıstanda atom elektrik stansiyası tikmək istəyir. Qazaxıstan prezidentinin bu təklifdən imtina etmək lüksu yoxdur. Putin Nazarbayevlə ildə 15 dəfə görüşürdü. Kasım-Jomart Tokayev də il ərzində ən azı bu qədər rusiyalı həmkarı ilə görüşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB