Vaqif Hacıbəyli: "Saxta mühacir Qurban Məmmədov intriqabaz və şantajçıdır"
Azərbaycan iqtidarına və cəmiyyətinə qarşı çirkin kampaniya aparan xarici ölkələodəki "siyasi mühacir"lərin əxlaqsızdığı, artıq onların əqidə yoldaşları tərəfindən ifşa olunmaqdadır. Özünü "mühacir siyasətçi" adlandıran və uzun illər intriqabaz fəaliyyəti ilə gündəmdə olan Qurban Məmədov yenidən ortaya çıxmaqla, şər və böhtanları ilə diqqət mərkəzinə çevrilməyə çalışır.
"Qurban Məmmədov 4 iyun qiyamı ilə bağlı əsl həqiqətləri gizlədən qatı cinayətkardır"
"Əhrar" partiyasının sədri Vaqif Hacıbəyli son günlər sosial şəbəkələrdə Q.Məmmədovun 4 iyun qiyamı ilə bağlı əsl həqiqətləri gizlətməklə, həmin hadisələrdə qatı cinayət törətmiş qatilləri milli qəhrəmana çevirməklə, məşğul olduğunu bildirib: "Qurban Məmmədovun riyakar və intiriqabaz olmaqla yanaşı, həm də müxalifət və hakimiyyət daxilində intiriqa salmağa çalışmaqla, əslində, heç kimə xidmət etmir və öz şəxsi mənafeyini qoruyur. O, yalnız intirqa və şantajlardan nələrsə qazanmağa çalışır. Lakin bunu bəzən çox uğursuz şəkildə edir ki, nəticədə, özünü ifşa etmiş olur. Yəni Q.Məmmədov sözdə guya "ali məqsədlər" uğrunda mübarizə apardığını bəyan etsə də, əməli fəaliyyətində xırda intraqabazlıqdan o yana keçə bilmir".
V.Hacıbəyli, həmçinin, Q.Məmmədovu "intiraqa ustası" adlandırıb: "Özü də bu onun "agent", yaxud guya hakimiyyətdə kiminsə adamı və sair olması ilə bağlı deyil. Sadəcə, bu adamın xarakteri budur. Düzələn də deyil. Amma əziyyət çəkib gecə vaxtı bu qeydləri ona görə yazdım ki, bəlkə indiki yaşında ona qarşı qərəzli olmayan 40 illik tanışının fikirlərini nəzərə alıb, mövqeyində bəzi korrektələr etsin."
Göründüyü kimi, Q.Məmmədovu artıq öz dostları belə ifşa etməklə, onun necə riyakar olduğunu sübuta yetirirlər.
Bütün bunlar Q.Məmmədov hələ çox əqidə silahdaşlarından çox sürprizlər alacaq. Çünki bu adam, artıq müxalifətin belə nifrət etdiyi piyada fiqura çevrilmişdir.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB