Azərbaycan Prezidenti Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Prezidenti Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SİA-nın xəbərinə görə, görüşdə Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun bu yaxınlarda ölkəmizə səfərinin Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafı baxımından önəmi qeyd olunmuş, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə