Baş redaktor: "KİVDF-yə jurnalistlər tərəfindən müraciət fərdi qaydada aparılmalıdır"- MÖVQE

Baş redaktor: "KİVDF-yə jurnalistlər tərəfindən müraciət fərdi qaydada aparılmalıdır"- MÖVQE
"Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna jurnalistlər tərəfindən ediləcək müraciətlər təmsil etdiyi mətbu orqan tərəfindən olmamaldır". Bu sözləri SİA-ya "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli jurnalistlərin KİVDF-yə mənzil problemlərinin həlli ilə bağlı edəcəkləri müraciətlərə münasibət bildirərkən deyib. O bildirib ki, mətbu orqan bir qurum, hüquqi şəxs olduğundan burada kollektiv müraciətdən söz gedə bilməz, çünki mətbuat qurumu bu proseslərdən kənarda qalır.

Kollektiv müraciətlə bağlı məsələnin gündəmdə olmadığını dilə gətirən baş redaktorun sözlərinə görə, jurnalistlərin KİVDF-yə müraciəti fərdi qaydada olacaq: "Hesab edirəm ki, bu çox doğru addımdır. Hər bir jurnalistə fərdi qaydada müraciət etmək imkanı yaradılacaq".

Jurnalistlərə ev verilməsi ilə bağlı məsələnin ədalətli həllinə də toxunan E.Mirzəbəyli sözügedən məsələnin düzgün, ədalətlə həll olunacağını bildirib: "Redaksiya heyətinin bütün əməkdaşlarına müraciət etmişəm ki, evə ehtiyacı olan hər bir jurnalist, KİVDF-yə müraciət edə bilər. Bir sözlə bizdə bu məsələyə müstəqil bir yanaşma tərzi var. Mənzilə ehtiyacı olan hər bir jurnalistin müraciət etməsi üçün şərait yaradılır ki, rahat şəkildə müraciətini edə bilsin. O ki, qaldı jurnalistin bu məsələyə dair şəxsi marağına, əlbəttə ki, burada jurnalistin maraqları əsas götürülə bilməz. Çünki, bu məsələdə hər kəsin marağını təmin etmək mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə