Piter Semnebi: “Avropa İttifaqının Azərbaycanla bağlı mövqeyində heç nə dəyişməyib"
Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir. Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Avropa Komissiyasının lideri Xose Manuel Barrozunun Bakıdakı bəyanatının qurumun saytdan çıxarılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, saytda mətnin əvvəlki versiyası olub: "Barrozunun dediklərinin saytdan çıxarılması ilə bağlı deyilənlərə gəlincə, bunu şişirtmək lazım deyil".
P. Semnebi qeyd edib ki, Avropa İttifaqının Azərbaycanla bağlı mövqeyində heç nə dəyişməyib və Aİ Azərbaycanın ərazi bütövlüyünü tanıyır: "Bizim mövqeyimiz isə dəyişməz qalır. Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupunun müəyyənləşdirdiyi əsas prinsiplər əsasında nizamlanmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB