"Azərbaycan görüşlərə artıq diqtə edən tərəf kimi gedir" ÖZƏL - MÖVQE
"Ümumiyyətlə Vyana görüşündən öncə məlum idi ki, nəyin bahasına olursa-olsun aprel ayına qədər Ermənistan bu görüşü keçirəcəkdir. Onlar həmin vaxtı deməsələr də məlum məsələ idi ki, aprel ayında Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsinin və yaxud gətirilməsinin bir ili tamam olur. O, həm havadarları, həm də Ermənistan vətəndaşı qarşısında hesabat verməli idi ki, ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı işlər görülüb". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Politoloqun sözlərinə görə, Paşinyan və onun təmsil etdiyi hakimiyyət tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir addım atılmayıb: "Biz bu məsələdə bir neçə məqamlara toxunsaq düşünmək olar ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı keçirilən görüşdən sonra atəşkəsdə müəyyən qədər statistika aza bilərdi. Xeyr, bu baş vermədi. Eyni zamanda fikirləşmək olardı ki, özünə hörmət qoyan Ermənistan müdafiə naziri sərsəm açıqlamalarla yadda qalan olmazdı. Deməli, bu, sadəcə olaraq Paşinyanın bir hesabat görüşü idi. Lakin Azərbaycan tərəfi istər diplomatik səviyyədə, istərsə də dövlət başçısı səviyyəsində tam hazırlıqlı bu görüşə tərəfi dinləyən tərəf kimi getmişdi. Paşinyan Vyana görüşündən sonra müəyyən açıqlamalar verdi. Amma cənab Prezident İlham Əliyev tərəfindən çox mühüm açıqlama oldu ki, hələ hümanizmə qədər vaxt çoxdur. Yəni, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan ordusu, snayperlər çəkilməsə hansı hümanizmdən danışmaq olar? Ona görə də konkret addımlar atılmalıdır. Burada “Qarabağ kartı”ndan çox ustalıqla oynanılmağa başlanılır və daha sonra görüşə gedilir. Amma yenidən bu görüşün keçirilməsi, bərpa olunması çox müsbət hal kimi dəyərləndirilməlidir. Azərbaycan artıq bu gün diqtə edən tərəf kimi bu görüşlərə gedir, eyni zamanda heç bir zaman bu məsələnin hərbi yolla həllolunma variantını da kənara qoymur. Axı nə qədər bəyanatlar vermək olar? Artıq konkret addımlar atmağın vaxtıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB