Piter Semnebi: “Avropa İttifaqı Dağlıq Qarabağın hazırki vəziyyətindən çox narahatdır”

Piter Semnebi: “Avropa İttifaqı Dağlıq Qarabağın hazırki vəziyyətindən çox narahatdır”

"Avropa İttifaqı Dağlıq Qarabağla bağlı hazırki vəziyyətdən çox narahatdır". Bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi atəşkəsin pozulması faktlarına münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, hər baş verən insident göstərir ki, münaqişənin həlli üçün daha çox cəhdlər edilməlidir.

Eyni zamanda o, prezident İlham Əliyevlə görüşü zamanı Dağlıq Qarabağla bağlı hazırki vəziyyəti də müzakirə etdiyini qeyd edib: "Görüşdə həbsdə olan Eynulla Fətullayevlə bağlı, ölkənin daxili siyasəti, qonşu dövlətlərlə münasibət və xüsusilə Avropa Komissiyası rəhbərinin Azərbaycana səfərini də müzakirə etmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə