Prezident İlham Əliyev paytaxtda bir sıra yeni infrastruktur obyektinin açılışında iştirak edib

Prezident İlham Əliyev paytaxtda bir sıra yeni infrastruktur obyektinin açılışında iştirak edib

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin, "Bakıelektrikşəbəkə" ASC-nin Mərkəzi Dispetçer Xidmətinin və yeni inşa edilmiş yarımstansiyanın açılışlarında iştirak edib.

SİA-nınməlumatına görə, dövlət başçısı əvvəlcə Xəzər rayonunda avtomobillərin və piyadaların sıx olduğu ərazidə - Aeroport dairəsi-Zuğulba yolunun 4,4-cü kilometrliyində yeni inşa olunmuş yerüstü piyada keçidinin açılışında iştirak edib.

Sonra prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Hava Limanı-Zuğulba qəsəbəsi avtomobil yolunda tikilmiş Binə yol qovşağının açılışını bildirən lenti kəsib, inşaatçılarla görüşüb.

Dövlət başçısı Xəzər rayonunda avtomobillərin hərəkətinin daha intensiv olduğu Aeroport dairəsi-Zuğulba yolunun 1,6-cı kilometrliyində inşa olunmuş yeni yeraltı piyada keçidinin açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev həmçinin hava limanı qovşağı körpüsünün açılışını bildirən lenti kəsib.

Daha sonra Azərbaycan prezidenti "Bakıelektrikşəbəkə" ASC-nin Mərkəzi Dispetçer Xidmətinin və yeni inşa edilmiş yarımstansiyanın açılışında da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə