Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan 2016-cı ilin dördgünlük Aprel müharibəsində öldürülmüş erməni əsgər və zabitlərinin basdırılqıdları “Yerablur” məzarlığına gedərkən ilginc açıqlama verib. SİA aysor.am-a istinadən xəbər verir ki, məzarlığa daxil olan kimi, Sarkisyan “Xahiş edirəm, mane olmayın”, deyə jurnalistlərə müraciət edib. O, bir sıra sualları cavabsız qoyub və yalnız onlardan birinə reaksiya göstərib. Belə ki, jurnalistin Aprel müharibəsinin daha öncədən razılaşdırılmış olması ilə bağlı sualına Sarkisyan bu cür cavab verib: “Mən, xəstə insanlarla ünsiyyətdə olmaq istəmirəm.”
Xatırladaq ki, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan hələ müxalifətdə olarkən, o zamankı prezident Serj Sarkisyana qarşı Aprel müharibəsi ilə bağlı bənzər ittihamlar irəli sürmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB