Əli Əhmədov Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq ilə görüşüb
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, icra katibi Əli Əhmədov Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erlinq Şönsberq ilə partiyanın mənzil qərarqahında görüşüb. YAP-ın mətbuat xidmətindən SİA-ya verilən xəbər görə, görüşdə Azərbaycan Respublikası və Norveç Krallığı arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barəsində geniş fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, ölkələrimiz arasında enerji sektorunda mövcud olan çox geniş, faydalı münasibətlər digər sahələrdə də yaradılmalı və inkişaf etdirilməlidir. YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB