Türkiyənin nəqliyyat naziri: “Bakı-Tiblisi-Qars dəmir yolunun inşası 2012-ci ildə yekunlaşacaq"

Türkiyənin nəqliyyat naziri: “Bakı-Tiblisi-Qars dəmir yolunun inşası 2012-ci ildə yekunlaşacaq"

Bakı-Tiblisi-Qars dəmir yolunun inşası 2012-ci ildə yekunlaşacaq. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım bildirib. Onun sözlərinə görə, artıq layihə üzrə işlər uğurla davam etdirilir: "Mən ümidvaram ki, layihənin reallaşması hər üç ölkədə sosial vəziyyəti yaxşılaşdıracaq və hazırda mövcud olan dostluq və iqtisadi münasibətləri daha da dərinləşdirəcək".

 

Eyni zamanda sabah Gürcüstan paytaxtında Bakı-Tiblisi-Qars-Axalkələk dəmir yolunun inşası ilə bağlı üçtərəfli görüş başlayacaq. Bun açıqlamanı Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalantadze keçirdiyi mətbuat konfransında verib. Bu layihənin çox vacib olduğunu qeyd edən nazir müavini deyib ki, Bakı-Tiblisi-Qars-Axalkələk dəmir yolu Asiya ilə Avropanı birləşdirəcək.

 

Onun sözlərinə görə, yanvarın 27-dək davam edəcək müzakirələrdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstanın sabit inkişaf və iqtisadiyyat naziri Ramaz Nikolişviuli və Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə