Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bu gün Erablurda dördgünlük aprel müharibəsində həlak olanların xatirəsini yad edib. SİA tert.am saytının məlumatına istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Paşinyan bildirib ki, aprel döyüşlərindən nəticələr çıxarılıb və bu gün də bu məsələ hökumətin gündəmindədir. "Nə baş verdiyini dərindən başa düşməli və nəticələr çıxarmalıyıq” deyə baş nazir qeyd edib.
David Tonoyanın bəyanatına toxunan Nikol Paşinyan, müdafiə nazirinin bəyanatından yaranmış səs-küyün mənasız olduğunu qeyd edib. "Əgər David Tonoyan başqa bir bəyanat versəydi, mən onu müdafiə naziri vəzifəsindən uzaqlaşdırardım. Müdafiə naziri deyir ki, əgər müharibə birdən başlayarsa, bu müharibədə qələbə qazanmaq üçün səy göstərəcəyik, əgər müdafiə naziri başqa bir şey düşünsəydi, o zaman müdafiə naziri ola bilməzdi. Bu heç bir şəkildə sülh prosesinə kölgə salmır, əksinə, sülh prosesinin vacibliyini vurğulayır"- deyə baş nazir qeyd edib.
Qeyd edək ki, Nyu-Yorkdakı erməni icması ilə görüşdə müdafiə naziri deyib: "Müdafiə naziri olaraq mən deyirəm ki, “ərazilərin sülh naminə mübadiləsi, qaytarılması” formatını mən, əksinə -"yeni müharibə - yeni ərazilər" şəkində ifadə edirəm.
Tonoyanın bu bəyanatının onunla razılığa gəlindiyini soruşduqda, baş nazir cavab verib: "Müdafiə Nazirliyi müdafiə nazirinin rəhbərliyi və başçılığı altında fəaliyyət göstərir və bu barədə suallarınız varmı?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB