“Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır"

“Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır"

“Bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Qeyd etdiyim kimi, sonuncu reytinqə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi qüdrətimizi göstərdi”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi qulluqçularla keçirdiyi görüşündə deyib.

“Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır”, deyə qeyd edən cənab İlham Əliyev qeyd edib ki, aprel döyüşləri bunun bariz nümunəsidir: “Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik”.

Ali Baş Komandan Naxçıvanda əldə edilmiş qələbə barədə də bəhs edərək vurğulayıb ki, ordumuzun qabiliyyəti yüksək səviyyədədir: “Ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilmişdir. Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq. Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə