Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının 16-cı iclası keçiriləcək

Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının 16-cı iclası keçiriləcək

2019-cu ilin 4 aprel tarixində Belçika Krallığının paytaxtı Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının 16-cı iclası keçiriləcək. SİA-nın verdiyi məlumata görə, iclasda Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Aİ tərəfindən isə xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini və Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissar Yohannes Han iştirak edəcəklər.

İclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Aİ-Azərbaycan tərəfdaşlıq gündəliyinə daxil olan məsələlər, yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar, Tərəfdaşlıq Prioritetləri, Şərq Tərəfdaşlığı və digər məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə