"Paşinyan komandası daha bir məğlubiyyət acısı yaşadı" MÖVQE - ÖZƏL
“Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyanın paytaxtı Vyanada Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü bir neçə məqamdan diqqətəlayiqdir “. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Vyana görüşünün ilk rəsmi görüş olduğunu dilə gətirən deputat bildirib ki, bu zamana qədər xarici işlər nazirləri və ya ATƏT-in Minsk qrupunun həmsədrləri səviyyəsində müəyyən görüşlər, danışıqlar aparılsa da, ölkə rəhbəri səviyyəsində rəsmi görüş keçirilmirdi.
K.Əliyeva söyləyib ki, Vyana görüşü həm də aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsində baş tutması baxımından əlamətdar idi: “Çünki, 2016-cı ilin uğurlu aprel əməliyyatlarından dərhal sonra da prezidentlər Vyanada görüşü keçirmiş və Ermənistan hərbi məğlubiyyət acısından sonra, diplomatik-siyasi uğursuzluq acısını da dadmışdı. Hesab edirəm ki, bu dəfə də prezidentlərin məhz aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsində Vyanada bir araya gəlməsinin bir anlam, mənası var”.
Deputat qeyd edib ki, Vyana görüşündə Ermənistan, xüsusilə Paşinyanın siyasi komandası daha bir diplomatik-siyasi məğlubiyyət acısı yaşadı: “Ümumiyyətlə, Vyana görüşü Azərbaycanın daha bir diplomatik-siyasi qələbəsi oldu. Bu, gözlənilən idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB