Bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək
Bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Serqey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçiriləcək. Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcək görüşdə nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparacaqlar.
Nazirlərin görüşündən sonra münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin regiona səfəri gözlənilir.
Qeyd edək ki, artıq Azərbaycanın xarici işlər naziri E. Məmmədyarov danışıqlarda iştirak etmək üçün Moskvaya gedib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB