Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 23-də saat 13.00-dan 13.35-dək və saat 14.35-dən 14.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 17.10-dan 17.15-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqeləri, saat 18.10-dan 18.15-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqeləri, saat 19.10-dan 19.15-dək, 20.40-dan 20.50-dək, 22.20-dən 22.25-dək Ermənistanın İcevan rayonunun Ayqovit, Azatamut və Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli, Cəfərli və Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB