Qızılın qiyməti ucuzlaşıb
Qızılın qiyməti ucuzlaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında qızılın ixracına dair fevral fyuçerinin qiyməti 5.50 dollar və ya 0.4 faiz ucuzlaşaraq troya unsiyasına görə 1341 dollar təşkil edib.

Qeyd edək ki, ticarət həcmi az olan qızılın ixracına dair yanvar fyuçerinin qiyməti də 5.50 dollar azalaraq 1341 dollar təşkil edib.

Gümüşün ixracına dair mart fyuçerinin dəyəri 27.427 dollar, Platinin ixracına dair aprel fyuçerinin dəyəri 1822.30 dollar, palladiumun ixracına dair mart fyuçerinin dəyəri isə 816.75 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə