Musa Qasımlı: “Azərbaycanın müstəqilliyi, güclənməsi, müsəlman dövlətləri üçün bir model olması İranı qorxudur” - AÇIQLAMA
"Azərbaycan tərəfdən heç vaxt İranla mehriban qonşuluq siyasətinə xələl gətirən addım atılmayıb. Amma zaman-zaman İran Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edib". Bu sözləri SİA-ya tarix elmləri doktoru, millət vəkili Musa Qasımlı açıqlamasında deyib. Son zamanlar İranda ölkəmizə qarşı təbliğat kampaniyasının aparıldığını, məktəblərdə hicabın qadağan edilməsi, guya islam dininin sıxışdırılması kimi əsası olmayan fikirlər səsləndirildiyini xatırladan tarixçinin sözlərinə görə, məsələyə qiymət vermək üçün ilk növbədə bunu deyənlərin kimliyini və fikirlərində hansı əsasa söykəndiklərinə diqqət yetirmək lazımdır.
Millət vəkili bildirib ki, İran spesifik bir ölkədir və islam dinindən ideologiya vasitəsi kimi istifadə edir: "Hesab edirəm ki, İranda Azərbaycana münasibətdə mehriban qonşuluq siyasətinə tərəfdar olanlar, ölkəmizin daxili işlərinə qarışmaq istəməyənlər də var. Azərbaycana qarşı atılan iftiraların, ölkəmizə qarşı "Səhər" kanalında söylənilənlərin heç bir əsası yoxdur. Ona görə ki, Azərbaycanda dinə, dini adət-ənənələrə qayğı göstərilir. Məscidlər, ziyarətgahlar bərpa edilir. Sovet hakimiyyəti illərində qadağan olunan Qurban və Ramazan bayramları yüksək səviyyədə qeyd olunur, həmin günlər iş günləri hesab edilmir. Ölkə vətəndaşları sərbəst şəkildə öz dini ayinlərini icra edə bilir. Dinin inkişafına dövlət qayğı göstərir. Azərbaycan müsəlman ölkəsidir, dünyəvi və demokratik dövlətdir. İranın Azərbaycanın daxili işlərinə qarışmasının heç bir əsası yoxdur".
İranın ölkəmizin daxili işlərinə qarışması üçün hüquqi, siyasi və mənəvi haqqı olmadığını dilə gətirən M.Qasımlı söyləyib ki, Azərbaycan müstəqil bir dövlətdir. Müsəlman ölkələri vahid mərkəzdən idarə olunmur, biz xilafətin tərkibində deyilik və nəhayət, İrandakı mollalar xəlifə deyillər. O qeyd edib ki, hər bir müsəlman ölkəsi öz daxili həyatını özü müəyyənləşdirir: "Deməli, İranın müsəlman ölkələri adından çıxış etməsi, onun guya İslamın yeganə qoruyucusu olması iddiaları başdan-başa cəfəngiyatdır. Sadəcə olaraq burada konkret məqsəd var. Azərbaycanın müstəqilliyi, güclənməsi, müsəlman dövlətləri üçün bir model olması onları qorxudur. Azərbaycan öz inkişafı ilə böyük təsir gücünə malikdir. Əvvəlki illərdə İran vətəndaşları Novruz, Ramazan, Qurban bayramlarında Türkiyə və digər ölkələrə səfər edirdisə, indi artıq Azərbaycana gəlir və buradakı inkişafı görürlər. Çoxları fikirləşir ki, İranın neft və qazı, digər təbii sərvətləri Azərbaycandan çoxdur. Onda necə olur ki, Azərbaycan belə inkişaf edir, İran isə günü-gündən geriləyir? Onlar ölkəmizin timsalında alternativ görürlər. İranda xarici televiziyaların qadağasına baxmayaraq, əhali gizli yolla Azərbaycan kanallarını izləyir. Bütün bunlar İranda gənc nəslə təsir edir. İran ölkəmizin inkişafının qarşısını almaq iqtidarında olmasa da, dövlətimizi gözdən salmaq üçün təbliğat aparır".
İranın bu hərəkətinin ölkəmizə təsirinə gəlincə, M.Qasımlı: "Düşünürəm ki, əvvəlki vaxtlarda olduğu kimi, yenə də Tehranın bizim daxili işlərimizə qarışması iflasa uğrayacaq. Azərbaycan həmişə onlara münasibətdə mehriban qonşuluq siyasətinə önəm verib, ərazisindən İrana qarşı istifadə olunmasına imkan verməyib", - deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB