Litva prezidenti ölkədəki milli azlıqların nümayəndələri ilə görüşüb

Litva prezidenti ölkədəki milli azlıqların nümayəndələri ilə görüşüb
Litva prezidenti ölkədəki milli azlıqların nümayəndələri ilə görüşüb. SİA-nın xəbərinə görə, Litva prezidenti ilə görüşdə milli azlıqların nümayəndələri Təhsil haqqında qanuna dəyişikliklərdən narahatlıq ifadə edib, milli azlıqlar şöbəsinin ləğv edilərək yeni müəssisələrin yaradılması və digər məsələləri müzakirə ediblər. Üzvlər həmçinin yanvar hadisələrində milli azlıqların rolundan söhbət açıblar.

Bu son 8 il ərzində prezidentin milli azlıqların nümayəndələri ilə ilk belə görüşцdür. Prezident Dali Qribauskayte ilə Mədəniyyət Nazirliyinin Milli İcmalar Şurasının nümayəndələri ilə görüşü ötən həftə baş tutub. Bu ilin yanvar ayında şura 20 illik yubileyini qeyd edir.

Görüşdə prezident icma üzvlərinə 1991-ci ildə vətəndaş mövqeləri, ölkəyə sadiqlik və müstəqillik ideallarını təbliğ etdiyi üçün öz minnətdarlığını bildirib. Görüşdə Milli İcmalar Şurasının sədri Mahir Həmzəyev, Litvadakı "Daçia" rumın mədəni icmasının sədri Luçiya Bartkene, Ukraynalıların Vilnius icmasının sədri Natalia Şertbitene, Litva Hökumətinin Milli Azlıqlar üzrə Əlaqələndirmə Komissiyasının digər üzvləri iştirak ediblər.

Görüşün gedişində milli azlıqların konkret problemləri milli azlıqların haqqında yeni qanunun hazırlanması, xaricdə yaşayan milli azlıqların və immiqrantlırn işləri ilə məşğul olacaq dövlət orqanının təşkili , Vilnius Milli İcmalar evinin genişləndirilməsi və müasirləşdirilməsi məsələsi müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə