"Aİ münaqişənin həlli istiqamətində ATƏT-i tam dəstəkləyir" RƏSMİ
Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədrlərinə tam dəstəyini təsdiqləyib. SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Maya Kosyançiç martın 29-da ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən Vyanada təşkil edilən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü şərh edərkən deyib.
"Tərəflərin atəşkəsin gücləndirilməsinə və sülh üçün əlverişli şəraitin yaradılmasına liderlik edən öhdəliklər və səmərəli danışıqların davam etdirilməsi üçün addımlar atmağa hazır olduqları ümidvericidir. Avropa Birliyi, humanitar sahədə tədbirlərin inkişaf etdirilməsi ilə əlaqədar Vyana Sazişinin, habelə 2019-cu il 16 yanvarda Parisdə Xarici İşlər Nazirləri tərəfindən sülh üçün xalqların hazırlanmasına istiqamətlənən tədbirlərin həyata keçirilməsini səbrsizliklə gözləyir" - deyə, məlumatda deyilir.
Qeyd olunub ki, Avropa Birliyi bu istiqamətdə görülən səylərə öz töhfəsini verməyə hazırdır: "Aİ ATƏT-in Minsk qrupu həmsədrlərinin Cənubi Qafqaz və eləcə də Gürcüstanla bağlı böhran məsələsində vətəndaş cəmiyyəti arasında inam yaratmaq tədbrilərini tam şəkildə dəstəkləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB