AKP-nin etirazı qələbə ilə nəticələndi QƏRAR DƏYİŞDİ

AKP-nin etirazı qələbə ilə nəticələndi QƏRAR DƏYİŞDİ

Edirnenin Keşan rayonunda rəsmi olmayan nəticələrə görə, edilər etirazlar sayəsində bələdiyyə başqanlığını 11 səs fərqi ilə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan Mustafa Helvacıoğlu qazandı.

SİA Türkiyənin “Takvim” nəşrinə istinadən xəbər verir ki, Keşan Ədalət Sarayındakı seçki dairəsində səslərin hesablanmasından sonra, CHP-nin Edirnedən olan millət vəkili Okan Gaytancıoğlu ilə partiyanın bələdiyyə başqanlığına namizədi Şenol Yalı seçikləri 12 səs fərqi ilə qazandıqlarını bəyan etmişdilər. Nəticədə AKP tərəfinin etirazının ardınca, səslər yenidən hesablanıb. Seçki dairəsindən verilən açıqlamaya görə, hakim siyasi partiyanın namizədi Mustafa Helvacıoğlu 18 min 414 səs toplayaraq, CHP-dən olan namizəd Şenol Yalını 11 səs çoxluğu ilə keçib.

Bu hesablamadan sonra artıq CHP-lilər bu nəticəyə görə etirazlarını bildirməyə başlayıblar.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə