"Bu məsələni daha müzakirə etməyəcəyik” Paşinyan

"Bu məsələni daha müzakirə etməyəcəyik” Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində canlı yayıma çıxaraq Vyana görüşü ilə bağlı fikirləri ilə bölüşüb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, görüşdən sonra rəsmi Bakının açıqlamalarını ziddiyyətli hesab edib.

“Azərbaycan tərəfi danışıqların formatının dəyişməz qaldığını və onların danışıqlardan qalib ayrıldığını elan edib. Birincisi, bu korrekt açıqlama deyil, çünki qalib, ya məğlub axtarmayacağımız barədə razılaşmışıq. İkincisi, biz formatın dəyişməsi barədə məsələ qaldırmamışıq. Dağlıq Qarabağ ATƏT-in Minsk qrupu yaranandan bəri danışıqlarda tərəf olub. Vyanada biz Qarabağın danışıqlarda iştirakını müzakirə etdik və razılıq əldə etmədik. Amma bu o demək deyil ki, bu məsələni daha müzakirə etməyəcəyik”.

Nikol Paşinyan Dağlıq Qarabağın 1998-ci ilə qədər danışıqlar prosesində iştirak etdiyini, sonradan əslən qarabağlı olan Robert Koçaryan və Serj Sarkisyanın Ermənistan prezidenti olduqlarını sözlərinə əlavə edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə