"Azərbaycanda dövlət-sahibkar münasibətlərində yeni mərhələ başlayıb" ÖZƏL-RƏY
“Diqlas” ticarət mərkəzində yanğın zamanı ziyan çəkmiş sahibkarlara Prezidentin dövlət adından maliyyə-sosial dəstəyin göstərilməsi bir neçə cəhətdən dövlətçilik əhəmiyyəti daşıyan hadisədir. Bu hadisəyə qədər Prezidentin sosial himayəçilik motivi ilə dəstək göstərdiyi bir sıra hadisə və faktlar baş vermişdi ki, bunlar Prezidentin “Diqlas” sahibkarlarını da taleyin ümidinə buraxmayacağını öncədən deməyə əsas verirdi”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktorun sözlərinə görə, sahibkarlara real yardımın göstərilməsi bütün cəmiyyətin gözlədiyi və anlayışla qarşıladığı addım oldu: “Hadisə bir daha sübut etdi ki, Azərbaycanda qanunla işləyən, dövlətçilik və ümumi inkişaf prinsipinə hörməti, qanuni rəqabət qaydalarını əsas götürən bütün sahibkarlıq subyektləri dövlətin və Prezidentin himayəsinə hər vaxt söykənə bilər. Azərbaycanda qanuni sahibkarlıq fəaliyyətləri ilə dövlətin mənafe bağlılığı bir daha sübut olundu. Prezidentin bu addımı ilk növbədə həmin hadisədə ziyan çəkmiş sahibkarların və ümumən ölkə sahibkarlarının bundan sonrakı fəaliyyət prinsiplərində ciddi prinsipial dəyişiklik edilməsinə geniş imkan və zərurət yaratdı. Sahibkarlıq fəaliyyəti arenasında hər kəs öz işinə yenidən baxmalı, göstərdiyi fəaliyyətlərin dövlətin, cəmiyyətin mənafelərinə, vergi ödəmə və sosial sığorta ödənişləri işinə nə qədər uyğun olduğu barədə düşünməlidir.
Ən çətin gündə şəxsən Prezidentdən dövlət adına yardım alan sahibkarın özünü düzəldəndən sonra vergidən yayınmağa, sosial məsuliyyət hissini unutmağa mənəvi haqqı yoxdur. Prezident onlara həssas yanaşdığı kimi onlar da dövlət və sosial mənafelərə bir o qədər həssas və məsuliyyətli olmağı bacarmalıdırlar. Konkret yanaşılsa Prezidentin sahibkarlara yardımı bütünlüklə sahibkarlıq prosesinə dövlət dəstəyinin tərkib hissəsi olmaqla yanaşı, həm də yeni müsbət proseslər doğuran hadisədir. Azərbaycanda dövlət-sahibkar münasibətlərində yeni mərhələ başlayıb. “Diqlas” sahibkarlarına göstərilən yardım bu mərhələnin xarakterik əlamətidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB