“Üç otaq” müəmmasından yaranan sui-qəsd planı ANALITIK

“Üç otaq” müəmmasından yaranan sui-qəsd planı ANALITIK

Nikol Paşinyana qarşı dövlət çevrilişi hazırlanır

“Ermənistanın baş naziri Nikol Paşinyan yeni problemlə toqquşub – “xalqın baş nazirinə” qarşı sui-qəsd təhlükələri yaranıb, ancaq müxalifət, ya da xarici oyunçular tərəfindən deyil, şəxsi komanda üzvlərindən”. SİA xəbər verir ki, bu barədə “Vestnik Kavkaza”nın analitik bölümündəki “Üç otaq sui-qəsdinin” sirri: Paşinyanı öz adamları devirəcək?” başlıqlı məqaləsində yazılıb. “Bu barədə Paşinyanın yaxınlarda keçirdiyi və 4,5 saat davam edən mətbuat konfransında məlum olub”, analitik şərhdə qeyd edilir.

SİTAT: “Paşinyan birbaşa bəyan edəndə ki, ona qarşı aparılan danışıqların hansı üç otaqda aparıldığını bilir, jurnalistlər belə qərara gəldilər ki, söhbət Koçaryan-Sarkisyan klanının təmsilçilərindən gedir, bundan əlavə, baş nazir zarafat edərək həmin otaqların beş olacağını da deyib, “üç” ədədinin isə sadəcə simvol olduğunu bildirib. Onda birinci otaq – Koçaryanın adamları, ikinci otaq Sarkisyanın, üçüncüsü isə, çox yəqin, Ermənistanın hazırkı prezidenti Armen Sarkisyanındır, hansı ki, o burada “coker” rolunu oynamağa cəhd edir”.

David Tonoyan, Tiqran Avinyan, Artur Vanetsyan triosu – dövlət çevrilişi planı hazırdır

“Ancaq başqa mülahizə də var: Paşinyan öz tərəfdarlarını nəzərdə tuta bilər, hansı ki, o adamlarına hakimiyyətdə cavabdehlik daşıyan postlar paylayıb, mətbuat konfransı isə ona görə təşkil edilib ki, baş nazir burada zəif olmadığını göstərməyə və hakimiyyət daxilində sui-qəsdlərin baş verəcəyinə, hakimiyyətini laxlatmağa imkan yaradılmayacağını göstərməyə çalışıb”, yazan nəşr əlavə edib ki, bu zaman “üç otaq” Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbərinin komandası Artur Vanetsyana, de-fakto baş nazir Tiqran Avinyanın və müdafiə naziri David Tonoyanın ətrafına aiddir. “Onların hər biri öz təsirlərini artırmağa cəhd edir ki, bu da Paşinyanı özündən çıxarır”, deyə məqalədə qeyd olunur. SİTAT: “Özəlliklə, Tiqran Avinyan tipik “boz kardinal” oyununu oynayır – Paşinyandan azad olan şəxsi komandasını hazırlayır və müxalifətlə daha güclü ittifaq təşkil edir.

Artur Vanetsyan daha uzağa gedir: böyük siyasətə daxil olmaq üçün o parlamentin vitse-spikeri Alen Simonyanla ciddi iş aparır. Qəzetin mənbəsinin məlumatına görə, artıq dövlət çevrilişinin ilkin ssenarisi var: əgər Paşinyan devrilərsə, bu zaman Vanetsyan baş nazir, Simonyan isə MTX-nin rəhbəri olacaq”.

“MTX-nin peşəkar imkanlarını nəzərə alarsaq, inamla təsdiq etmək olar ki, o, bu planı böyük hesabla, tələsmədən və səs-küysüz realizə edəcək”, deyə erməni nəşri yazıb.

Nikol müstəqil qərarlar qəbul edə bilmir?

“Vestnik Kavkaza” “İrates”dəki yazıdan nəticə çıxararaq qeyd edir: “Nikol Paşinyan hakimiyyətdəki mərkəzi prosesləri özü idarə etməyə çalışır, belə ki, son zamanlar müstəqil qərarlar qəbul etmək üçün çətinliklər yaranıb –göstərici mətbuat konfransı və güc nümayişi də bunu ehtiva edir. Eyni zamana, istisna etmək olmaz ki, baş naziri antipaşinyan qruplaşmalarının durmadan artması narahat edir, ona görə də o, “otaqların” üçdən çox olmasına da işarə edib.

Sözsüz, bu gün növbəti dəyişikliklər hələ realizə ediləcək deyil, çünki ictimaiyyət əvvəlki kimi öz “inqilabçı liderinə” inanır – lakin bir il sonra vətəndaşların həyatları ciddi şəkildə dəyişilməsə, Paşinyanın reytinqi düşəcək və onda sui-qəsdlərin həyata keçirilməsi və dövlət çevrilişlərinin baş verməsi üçün yol açıq olacaq”.

Rövşən NURƏDDİNOĞLU

P.S. Yeri gəlmişkən, Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə Vyanadakı görüşündən sonra, Ermənistanın müdafiə naziri Tonoyanın Azərbaycana qarşı “Ermənistan silahlı qüvvələri yeni əraziləri zəbt etmək üçün hərəkətə keçəcək” kimi sərsəm bəyanatını da artıq çevriliş cəhdinin realizəyə başlaması anonsunu verir. Hər halda, Paşinyanın mövcud vəziyyəti həqiqətən də çətin və çıxılmazdır.

Bütün xəbərlər Facebook səhifəmizdə