Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov sabah Brüsselə yola düşəcək. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, deputat burada Avropa Parlamentinin Avronest təşkilatındakı nümayəndə heyətinin Genişlənmiş bürosu ilə Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri arasında keçiriləcək görüşdə iştirak edəcək.
Görüşdə Şərq Tərəfdaşlığı proqramının yekun nəticələri, Avronest Parlament Assambleyasının yaradılması və digər məsələlər müzakirə olunacaq.
Görüşdə Şərq Tərəfdaşlığı proqramının yekun nəticələri, Avronest Parlament Assambleyasının yaradılması və digər məsələlər müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB