Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Fransız dramaturq Pyer Bomarşe anadan olub (1732)
- Katolik kilsəsi 1431-ci ildə yandırılmış fransız qızı Janna Darkı müqəddəs elan edib (1909)
- Dirijor Əşrəf Həsənov anadan olub (1909)
- Petroqradın adı dəyişdirilərək Leninqrad adlandırılıb (1924)
- Rus Dram teatrında Səməd Vurğunun "Vaqif" dramının ilk tamaşası olub (1940)
- 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirə günü (1945)
- Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) təsis edilib (1946)
- Aktyor Sabir Məmmədov anadan olub (1961)
- Böyük Britaniyalı görkəmli dövlət xadimi Uinston Çörçillin xatirə günü (1965)
- SSRİ-nin nüvə reaktorlu kosmik raketi "Kosmos 954" okeana düşüb. Bu, tarixdə nüvə mühərrikli raketin ilk qəzası idi (1978)
- "Apple" şirkəti "siçan"la idarə olunan ilk kompüteri bazara çıxarıb (1984)
- Əbdürrəhman Vəzirov ölkəni tərk etdikdən sonra Ayaz Mütəllibov Azərbaycan KP MK-nın birinci katibi təyin edilib (1990)
- Ukrayna Azərbaycana nota verərək diplomatik münasibətlər qurmaq niyyətini bildirib. Azərbaycan 6 fevralda notaya müsbət cavab verib (1992)
- Türk jurnalist Uğur Mumçu qətlə yetirilib (1993)
- Türkiyənin ilk rabitə peyki "TÜRKSAT 1" orbitə çıxarılandan 12 dəqiqə sonra Atlantik okeana düşüb (1994)
- Türkiyənin xarici işlər naziri İsmayıl Cemin xatirə günü (2007)

Bütün xəbərlər Facebook səhifəmizdə